...

Gürcüstan Milli Bankının hesabına BVF-dan 20,2 mln dollar daxil olub

Dünya xəbərləri Materials 26 Aprel 2006 15:13 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yoxsulluğun qarşısının alınması və iqtisadi artımın təmin olunması proqramı çərçivəsində 20, 2 mln dollar həcmində növbəti tranş Gürcüstan Milli Bankının hesabına köçürülüb. Bu barədə Trend ə bankdan məlumat verilib. BVF Gürcüstan Milli Bankının siyasəti və həmin layihənin gerçəkləşdirilməsi ilə tanış olduqdan sonra bu qərarı verib.

BVF-nn iclasında qeyd edilib ki, Gürcüstan hökumətinin iqtisadi proqramının əsas istiqaməti iqtisadi artım və yoxsulluğun qarşısının alınmasına yönəldilmiş tədbirlərdir. Şura üzvləri bildiriblər ki, ölkə iqtisadiyyatında müsbət meyillər davam edir ki, bu da fiskal, monetar siyasətlərinin və inflyasiyaya nəzarətin yaxşılaşdırılmasına xidmət edir. Bank sektoru daha da sabitləşib, bank nəzarəti gücləndirilib. Vergi islahatları fonunda büdcənin mədaxil hissəsi genişlənib ki, bu da hökumətə müəyyən sahələrdə xərcləri artırmağa imkan verib.

Gürcüstan yoxsulluğun qarşısının alınması və iqtisadi artımın təmin olunması proqramı üzrə tranş alıb. Bu barədə "Kavkaz-Press" xəbər verir.

Xəbər lenti

Xəbər lenti