Bu gün Ermənistan parlamenti ötən ilin yayında Moskvada imzalanmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı (KTHMT) ölkələri üçün hərbi kadrların hazırlanması haqqında sazişi təsdiqləyib.
Trend agentliyinin "Mediamaks"a istinadən yaydığı məlumata əsasən, sazişin məqsədi KTHMT ölkələri üçün razılaşdırılmış ixtisaslar və təlim proqramları üzrə hərbi kadrların hazırlanması sisteminin formalaşdırılması və inkişafıdır.
Saziş çərçivəsində İrəvan Tibb Universitetinin Hərbi tibb fakültəsində 3 ixtisas üzrə 5 KTHMT ölkəsindən olan kursant və zabitlər təlim və təkmilləşdirmə kursları keçəcək.