...

Gürcüstanın Müdafiə Nazirliyi hava məkanının Rusiya tərəfindən pozulduğunu bəyan edib

Dünya xəbərləri Materials 26 May 2006 17:50 (UTC +04:00)
Gürcüstanın Müdafiə Nazirliyi hava məkanının Rusiya tərəfindən pozulduğunu bəyan edib. Nazirliyin verdiyi məlumata əsasən, bu gün saat 11:24-də radiolokatorlar Gürcüstanın hava məkanının Rusiya təyyarələri tərəfindən pozulduğunu qeydə alıb.

Gürcüstanın Müdafiə Nazirliyi hava məkanının Rusiya tərəfindən pozulduğunu bəyan edib. Nazirliyin verdiyi məlumata əsasən, bu gün saat 11:24-də radiolokatorlar Gürcüstanın hava məkanının Rusiya təyyarələri tərəfindən pozulduğunu qeydə alıb. Pozuntu rus sülhməramlı qüvvələrinin yerləşdiyi Daba-Cava qəsəbəsi yaxınlığında Sxinvali bölgəsində baş verib. Təyyarə ölkənin 20 km hava məkanına daxil olub. Uçuşun sürəti 200 km/s, hündürlük - 4,5 km. olub.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, Müdafiə Nazirliyi bunun son ayda ikinci pozuntu faktı olduğu bildirib. Nazirlikdən bildirilib ki, istənilən təyyarənin Gürcüstanın hava məkanına daxil olması müvafiq qurumlarla razılaşdırılmalı və rəsmi ərizə təqdim edilməlidir. Nazirlik bəyan edib ki, həmin bölgədən beynəlxalq hava yolunun keçdiyini və razılaşdırılmamış uçuşların ağır nəticələr verə bilməsini nəzərə almaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti