...

Kondoliza Rays: ABŞ "Avropa üçlüyü"nün İranla bağlı danışıqlarına qoşulmağa hazırdır

Dünya xəbərləri Materials 1 İyun 2006 11:14 (UTC +04:00)

ABŞ dövlət katibi Kondoliza Rays Vaşinqtonun "Avropa üçlüyü"nün İranla bağlı danışıqlarına qoşulmağa və bu ölkə nümayəndələri ilə görüşməyə hazır olduğunu bəyan edib.

"İran uranın zənginləşdirilməsi üzrə öz fəaliyyətini dayandıran kimi ABŞ problemin diplomatik yolla həllinə tərəfdar olduğunu və uğur qazanmaq şansını nəzərə çatdırmaq üçün AB-dən olan həmkarları idə danışıqlar masası arxasında oturacaq və İran nümayəndələri ilə görüşəcək" - deyə K.Rays çərşənbə günü ABŞ Dövlət Departamentində keçirilmiş mətbuat konfransında bildirib.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, K.Rays onu da qeyd edib ki, ABŞ İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır. Buna görə də Tehran dünya ictimaiyyətinə nümayiş etdirməlidir ki, nüvə silahına malik olmağa can atmır", - deyə dövlət katibi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti