...

Corc Buş bəyan edib ki, dövlət başçısı kimi MKİ olmadan işləyə bilmir

Dünya xəbərləri Materials 1 İyun 2006 11:27 (UTC +04:00)

Corc Buş bəyan edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rolu ABŞ-ın təhlükəsizliyi və bir dövət başçısı kimi onun fəaliyyəti üçün olduqca vacibdir.

"Mən MKİ olmadan öz işimi görə bilmirəm", - deyə C.Buş çərşənbə günü MKİ-nin Lenqlidə (Virciniya ştatı) yerləşən qərargah mənzilində bəyan edib. Qeyd edək ki, burada ABŞ HHQ generalı Maykl Heydenin MKİ-nin yeni direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar təntənəli rəsmi mərasim keçirilib.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, Heyden and içib və çərşənbə axşamı keçirilmiş qapalı mərasimdə bu xüsusi xidmət orqanının direktoru vəzifəsinin rəsmən icrasına başlayıb.

"Mən əminəm ki, siz dünyada ən yaxşı kəşfiyyat idarəsi olaraq qalacaqsınız", - deyə C.Buş orqan əməkdaşlarına müraciətində bildirib.

Xəbər lenti

Xəbər lenti