Bu gün dünyanın dialoq, qarşılıqlı anlayış və əməkdaşlığa daha çox ehtiyacı var. Bunu İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Şirazda bildirib.
Trend agentliyinin "İRNA"ya istinadən yaydığı məlumata əsasən, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq ideyasının müəllifi İslam İnkişaf Bankının Küveytdə keçirilən illik iclasında iştirak etdikdən sonra Şiraza yollanıb.
Şirazda jürnalistlərlə söhbət edən M.Xatəmi mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqa toxunaraq qeyd edib ki, 11 sentyabr hadislərindən sonra baş verənlər dünyada gərginlik və zorakılığın artmasına gətirib çıxarıb.
"Nyu-Yorkdakı terror aktından 5 il sonra dünyanın dialoq, qarşılıqlı anlayış və əməkdaşlığa daha çox ehtiyacı var" - deyə Xatəmi vurğulayıb.
İİB-ın illik iclasında çıxış edən M.Xatəmi Fələstin milli muxtariyyatı üçün bankda xüsusi hesabın açılmasını təklif edib və müsəlman neft istehsalçılarını gəlirlərinin 1%-ni bu muxtariyyata verməyə çağırıb. Belə ki, Qərb HƏMAS-ın hakimiyyətə gəlişindən sonra fələstinlilərə yardımı dayandırıb.