...

Avropa parlamenti 2007-2013-cü illərdə AB-də kiçik və orta biznesin inkişafı üçün 3,6 mlrd avro ayıracaq

Dünya xəbərləri Materials 2 İyun 2006 15:44 (UTC +04:00)

Avropa parlamenti AB-də kiçik və orta biznesi dəstəkləmək üçün 3,6 mlrd avronun ayırlması haqqında qərar qəbul edib. Trend in "FINANCE.UA"-yə istinadən xəbər verdiyi kimi, bu vəsaitin 2007-2013-cü illərdə 350 min kiçik və orta müəssisəyə ayrılması planlaşdırılır.

Müəssisələr və sənaye komissarı, Avropa Komissiyasının sədr müavini Günter Ferxoygen bildirib ki, bu, sonda AB-nin iqtisadi inkişafının sürətlənməsinə və yeni iş yerlərinin açılmasına təkan verməlidir.

Kiçik və orta biznesin inkişafına ayrılan 3,6 mlrd avro - bu yaxınlarda qəbul olunmuş rəqabət qabiliyyəti və innovasiyalar proqramı çərçivəsində birinci tranşdır.

Xəbər lenti

Xəbər lenti