...

Rusiya fövqəladə hallar naziri Qara dəniz regionunda fövqəladə hallara səmərəli cavab mexanizmlərinin yaradılmasını təklif edir

Dünya xəbərləri Materials 7 İyun 2006 16:44 (UTC +04:00)

Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu Qara dəniz regionunda fövqəladə halların qarşısnın alınması üçün səmərəli cavab mexanizmlərinin yaradılmasını təklif edib. "Qara Dəniz iqtisdai İnkiaşf Təşkilatı çərçivəsində təbii fəlakət və böhranlar zamanı əhalini müdafiə edə biləcək səmərəli cavab mexanizmlərinə ehtiyac var" - deyə Soçidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı fövqəladə hallar nazirlərinin görüşündə S.Şoyqu jurnalistlərlə söhbətində bildirib.

Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, bununla əlaqədar Rusiyalı nazir Qara dəniz regionunda təbii fəlakət, yanğın və digər fövqəladə hallarla mübarizə üçün yüksək texnologiyaların hazırlanması və istifadəsi zamanı əməkdaşlığın vacibliyini vurğulayıb.

Şoyqu ümidvar olduğunu bildirib ki, Soçidə keçirilən görüş zamanı QDİƏT fövqəladə hallar qurumları təşkilata üzv dövlətlər tərəfindən ayrılacaq vəsait və qüvvələrin siyahısını müəyyənləşdirəcək, eləcə də Qara dəniz regionunda keçiriləcək bütün təlim və treninqlərdə iştirak edəcək rabitə zabitləri şəbəkəsinin yaradılması haqqında razılığa gələcək.

"Rabitə zabitləri şəbəkəsinin yaradılması - iri miqyaslı fövqaladə hallar zamanı QDİƏT dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılan ilk addımdır" - deyə S. Şoyqu bəyan edib.

QDİƏT 1992-ci ilin iyunun 25-də yaradılıb. Təşkilata aşağıdakı dövlətlər üzvdür: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Serbiya, Çernoqoriya, Türkiyə və Ukrayna.

Xəbər lenti

Xəbər lenti