...

ATƏT nümayəndələri Gürcüstandakı yerli seçkilərə hazırlıqla tanış olacaqlar

Dünya xəbərləri Materials 7 İyun 2006 18:41 (UTC +04:00)

ATƏT-in demokratik institutlar və insan hüquqlarının müdafiəsi üzrə bürosunun nümayəndələri Gürcüstanda yeril özünüidarəetmə orqanlarına olan seçkilərə hazırlıq prosesi ilə tanış olacaqlar. Trend in Gürcüstanın Mərkəzi seçki komissiyasındakı KAFKAZ-PRESS-ə əsasən verdiyi xəbərə görə, bununla əlaqədar ATƏT-in tələbatlarının qiymətləndirilməsi üzrə missiyası sentyabr ayında Tbilisiyə gələcək.

Gürcüstan səfərinin yekunlarına görə nümayəndə heyətinin üzvləri yerli özünüidarəetmə orqanlarına olan seçkilərə hazırlıq prosesi haqqında hesabat hazırlayacaq və ATƏT-in demokratik institutlar və insan hüquqlarının müdafiəsi üzrə bürosunun üzv ölkələrini bu hesabatla tanış edəcəklər.

Bunun əsasında təşkilat bu ilin payızında Gürcüstanda seçkilərin monitorinqini keçirib-keçirməyəcəyi haqqında qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti