...

Gürcüstan spikeri ABŞ dövlət katibinin köməkçisilə görüşəcək

Dünya xəbərləri Materials 20 İyun 2006 17:17 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Nino Burcanadze iyunun 20-də axşam ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza, ABŞ səfiri Conom Teft, onun müşaviri Kristofer Smit və Gürcüstandakı ABŞ səfirliyinin digər nümayəndələri ilə görüşəcək.

Trend agentliyinin "Praym-Nyös"a istinadən yaydığı məlumata əsasən, Metyu Brayza Tbilisiyə bazar günü axşam gəlib.

Ötən bazar ertəsi M.Brayza C.Teftlə birlikdə Suxumiyə baş çəkib və tanınmamış Abxaziya respublikasının hökumət nümayəndələri ilə görüşüb.

Tərəflər Gürcüstan-Abxaziya münaqişəsinin sülh yolu nizamlanmasını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti