"İran avqustun ortalarından gec olmayaraq beynəlxalq təşəbbüslərə dair təkliflər paketinə rəsmi cavab verəcək". Bu barədə İran prezidenti Mahmud Əhmədi Nejad bəyan edib. "Hazırda biz təklifi nəzərdən keçiririk", - deyə o bildirib. Bu barədə (S) Associated Press xəbər verir.
6 iyun 2006-cı ildə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, Fransa, ABŞ), o cümlədən Almaniya tərəfindən təqdir edilmiş təşəbbüslər paketini İran prezidentinə təqdim edib.
Qərb İrana uranın zənginləşdirilməsi üzrə işləri dayandırmağı və danışıqları bərpa etməyi təklif edir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.