...

Rusiya texnikanın Gürcüstandan Ermənistana daşınmasını davam etdirir

Dünya xəbərləri Materials 22 İyun 2006 16:14 (UTC +04:00)

Rusiya hərbi bazalarından çıxarılan əmlakla yüklənmiş növbəti eşelon Gürcüstandan yola salınıb. Zaqafqaziyada rus qoşunları qrupunun komandan müavini Vladimir Kuparadze bildirib ki, avadanlıq və əmlakla yüklənmiş eşelon Batumidən yola düşüb və Ermənistana istiqamət alıb.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, səyyar mətbəx, sisternlər, avtomobil qoşqularının yükləndiyi 17 vaqon və platforma ehtiyatları artırmaq üçün Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına yola salınır. Batumi və Axalkalakidəki əmlak və texnika Rusiyaya da daşınır.

Rusiyanın Gürcüstandakı hərbi bazaları 2008-ci ildən gec olmayaraq bağlanmalıdır.

Xəbər lenti

Xəbər lenti