İdman avtomobillərinin alman istehsalçısı Porsche AG Avropanın böyük avtomobil şirkəti Iolkswagen AG-dəki payını 3,9% artıracaq. Bu barədə bu gün şirkət nümayəndələri bildiriblər. Beləliklə, saziş həyata keçirildiyi halda, Volkswagen şirkətinin 25,1% səhm paketi Porsche şirkətinə məxsus olacaq. Trend in verdiyi xəbərə görə, sazişin məbləği deyilmir, lakin məlumdur ki, ötən ilin sonunda Iolkswagen şirkətindəki payının 18,5%-ə qədər artırılmasına görə Porsche təxminən 3,5 milyard avro ödəyib. Iolkswagen şirkətinin növbəti səhm paketinin satışına Almaniya Federal antiinhisar xidməti icazə verməlidir.