...

RF baş prokurorunun müavinləri və Moskva prokuroru istefa verib

Dünya xəbərləri Materials 28 İyun 2006 11:51 (UTC +04:00)

RF baş prokurorunun 13 müavini istefa haqqında ərizə verib. Bu barədə RBK-ya RF Baş Prokurorluğundan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, ərizələr baş prokuror Yuri Çaykanın təklifi ilə yazılıb.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, mənbə qeyd edib ki, belə addım yaranmış vəziyyətdə daha düzgün və məqsədəuyğundur. "Baş prokuror əvvəlki komandadan kimin Baş Prokurorluqda işi davam etdirəcəyini analiz etmək və aydınlaşdırmaq imkanına malik olmalıdır", - deyə o bildirib.

Müsahib onu da qeyd edib ki, bu gün Moskva prokuroru Anatoli Zuyev istefa haqqında ərizə yazıb və onun ərizəsi qəbul olunub.

"Baş prokurorun müavinləri ilə bağlı kadr məsələləri Y.Çaykanın müvafiq müraciətindən sonra Federasiya Şurasında təsdiqlənəcək", - deyə mənbə bildirib.

Xatırladaq ki, 23 iyun 2006-cı ildə plenar iclasda Federasiya Şurasının üzvləri Yuri Çaykanı RF-nin baş prokuroru təyin edib. 1999-cu ildən RF-nin ədliyyə naziri işləyən Y.Çaykanın namizədliyini yeni vəzifəyə ölkə prezidenti irəli sürüb. O, baş prokuror postunda istefa vermiş Vladimir Ustinovu əvəz edib.

Xəbər lenti

Xəbər lenti