Gürücstan prezidenti Mixail Saakaşvili ABŞ-a səfəri çərçivəsində ilk görüşlərini keçirib.
Trend agentliyinin "Praym-Nyus"a istinadən xəbər verir ki, o, bazar ertəsi "Milenium Çelencer"in icraçı direktoru Con Danielem Viçi ilə görüşüb, Milli Demokratiya və Beynəlxalq Respublikaçılar institutları tərəfindən qapalı formatda təşkil olunmuş görüşdə iştirak edib.
M.Saakaşvili çərşənbə axşamı ABŞ dövlət katibi Kandoliza Rays ilə görüşəcək, Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək və "Foks-Nyus" və "Si-En-En" teleşirkətlərinə müsahibə verəcək.
Çərşənbə günü Ağ Evdə M.Saakaşvilinin prezident Corc Buşla görüşü olacaq. Görüşdə Gürcüstanda demokratiyanın inkiaşfı, münaqişələrin sülh yolu ilə tənzimlənməsi, enerji ehtiyatlarının istifadəsində əməkdaşlıq, Gürücstanın Avro-Atlantik qurumlara inteqrasiyası ilə bağlı məsələlərə baxılacaq.
Prezidenti Vaşinqtonda Gürücstanın xarici işlər naziri Gela Bejuaşvili və Gürücstanın BMT-dəki səfiri İrakli Alasaniya müşayiət edir.