...

Qazaxıstan 17 min ton uran filizi hasil edəcək və uranı zənginləşdirəcək

Dünya xəbərləri Materials 5 İyul 2006 19:30 (UTC +04:00)

Qazaxıstan nüvə sənayesini fəal surətdə inkişaf etdirmək, uran yanacağı konversiyasını və uranın zənginləşdirilməsini təşkil etmək niyyətindədir. Bu barədə Qazaxıstanın baş naziri Danial Axmetov iyulun 4-də Astanada Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşündə bildirib.

Trend xəbər verir ki, hökümət başçısının sözlərinə görə, 2008-ci ilə qədər Qazaxıstan 17 min tondan artıq uran filizi hasil edəcək. Bu xammal yalnız ixracat üçün deyil, həmçinin emal (zənginləşdirmə) və daxili bazarda istifadə üçün nəzərdə tutulacaq.

Axmetovun sözlərinə görə, hökümət 5 nüvə reaktoru buraxmağı planlaşdırır. Nüvə texnologiyalarının inkişaf məsələləri tezliklə Kurçatov şəhərində yaradılacaq xüsusi mərkəzdə öyrəniləcək.

Görüşdə qeyd olunub ki, digər proqramların inkişafı ilə yanaşı, nüvə sənayesinin inkişafı Qazaxıstana əsas məqsədinə çatmağa - dünyanın 50 rəqabət qabiliyyətli ölkəsi sırasına daxil olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti