...

York hersoqu: Böyük Britaniyada Qazaxıstanın investisiya mühitin yüksək qiymətləndirirlər

Dünya xəbərləri Materials 5 İyul 2006 20:23 (UTC +04:00)

Böyük Britaniyada Qazaxıstanın investisiya mühitini yüksək qiymətləndirirlər. Bu barədə "Qazaxıstanın gələcəyinə investisiyalar" adlı beynəlxalq konfransda çıxış edən Böyük Britaniyanın ticarət və investisiya məsələləri üzrə xüsusi nümayəndəsi, York hersoqu Endryu Albert Kristian Edvard bəyan edib.

"Qazaxıstan artıq bütün dünyaya başqa ölkələrin təcrübəsini öyrənməyə hazır olduğunu nümayiş etdirib" - deyə hersoq vurğulayıb. "Çox vacibdir ki, bu ölkə millətlərarası və dini sabitliyi qoruyub saxlaya bilib" - deyə o bildirib. "Biz Qazaxıstanda yaxşı maliyyə göstəriciləri müşahidə edirik" - deyə York hersoqu qeyd edib.

"Qazaxıstan təkcə neft-qaz sektorunda deyil, həm də turizm və yüksək texnoloji sahələrin inkişafı sahəsində işləmək üçün lazımi təcrübə və potensiala malikdir. Biz neft-qaz sektoru ilə yanaşı, alternativ enerji mənbələrində də maraqlıyıq" - deyə o vurğulayıb. Bundan əlavə, hersoq Qazaxıstanda mədən sənayesinin şəffaflıq təşəbbüsünü də yüksək qiymətləndirib.

Trend agentliyinin "Kazakhstan Today"a istinadən yaydığı məlumata əsasən, şahzadə Endryu ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması üçün peşəkar işçi qüvvəsinin vacibliyini qeyd edib. "İri ingilis investorları Qazaxıstan universitetləri ilə sıx əməkdaşlıq edir, qrantlar ayırır" - deyə Böyük Britaniyanın ticarət və investisiya məsələləri üzrə xüsusi nümayəndəsi konfrans iştirakçılarının diqqətinə çatdırıb. Hersoq əlavə edib ki, Uralskda gənc sahibkarlarla görüş onun üçün çox maraqlı olub.

"Qazaxıstanla işləyənlərin hamısı bu dövlətin müstəqillik qazandığı vaxtdan bəri böyük nailiyyətlər əldə etdiyini deyir" - deyə o qeyd edib. Hersoqun proqnozlarına əsasən, yaxın illərdə Qazaxıstan üçün misilsiz imkanlar yaranacaq. "Respublika insan kapitalının inkişafı üçün böyük imkan əldə edir" - deyə o əlavə edib.

"Dünya bazarında uğurlu rəqabət aparmaq üçün iqtisadiyyatın gələcək inkiaşfını təmin edən kiçik və orta müəssisələri inkişaf etdirmək lazımdır" - deyə o vurğulayıb. "Biz şirkətlərimizi Qazaxıstan bazarına çıxmaq üçün təşviq edirik" - deyə o bildirib.

Qazaxıstanın sənaye və ticarət naziri Vladimir Şkolnikın sözlərinə görə, ötən ilin yekunlarına görə Qazaxıstanla Böyük Britaniya arasında mal dövriyyəsi təxminən 40% artaraq $800 mln. təşkil edib.

Xəbər lenti

Xəbər lenti