...

İyulun 12-də Gürcüstan prezidenti İstanbulda Türkiyənin baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 6 İyul 2006 15:06 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin xarici işlər naziri Abdulla Gül hər iki ölkə arasında xüsusilə iqtisadi və energetika sahəsində əməkdaşlığın əsas aspektlərini, o cümlədən Gürcüstanın Avroatlantik inteqrasiyası ilə bağlı məsələni müzakirə edib.

Gürcüstan XİN-dən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, M.Saakaşvili ilə A.Gül iyulun 5-də Vaşinqtonda görüşüb. Görüşdə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili də iştirak edib.

Görüş zamanı iyulun 12-də İstanbulda Gürcüstan prezidenti və Türkiyənin baş naziri, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi ilə bağlı razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti