...

V.Yuşenko A.Morozu parlament spikeri seçilməsi münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 10 İyul 2006 18:39 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Ali Radanın yeni sədri Aleksandr Morozla görüşərək onu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Görüşdə həmçinin baş nazir Yuri Yexanurov və prezident katibliyinin rəhbəri Oleq Rıbaçuk da iştirak edib.

Trend "RBK"ya istinadən xəbər verir ki, dövlət başçısı Ali Radadan məhsuldar və konstruktiv iş gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, parlament prezidentin seçdiyi daxili və xarici siyasət kursunu dəstəkləməlidir.

Prezident Ali Radaya baş nazirin namizədliyini Konstitusiya Məhkəməsinin işinin bərpasından sonra təqdim edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti