...

Prezident Niyazov taxıl məhsulunun bolluğu və milli iqtisadiyyatın artımından razıdır

Dünya xəbərləri Materials 11 İyul 2006 16:02 (UTC +04:00)

Prezident Saparmurat Niyazov Türkmənistan xalqını və ölkə əkinçilərini uğurla başa çatmış biçin münasibəti ilə təbrik edib. Biçin zamanı rekord sayda - 3 milyon 500 min tondan artıq taxıl yığılıb.

"Bu uğur - bütün türkmən xalqının qələbəsidir. Bu, ölkənin xoşbəxtliyi və rifahı naminə xalqın birgə və şövqlü əməyinin nəticəsidir", - deyə respublika başçısının çərşənbə axşamı yerli KİV-lər tərəfindən dərc olunmuş təbrik məktubunda qeyd olunub.

"Tədricən zəngin buğda məhsulunun yetişdirildiyi müstəqil, neytral Türkmənistan taxıl ixrac edən dövlətə çevriləcək. Allah qoysa, gələn il 4 milyon ton taxıl alarıq", - deyə məktubda deyilib. Bu barədə Trend İNTERFAKS-a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti