...

Ukrayna təkid edir ki, Rusiyanın Qara dəniz donanmasının gəmiləri öz ölkələrinin bayrağı ilə yanaşı Ukrayna bayrağını da qaldırsınlar

Dünya xəbərləri Materials 11 İyul 2006 16:19 (UTC +04:00)

Ukrayna tələb edir ki, Rusiya Federasiyası Qara dəniz donanmasının gəmiləri RF Hərbi-dəniz donanması Gününün qeyd olunması zamanı Rusiya bayrağı ilə yanaşı QD-nin müvəqqəti yerləşdiyi ölkə kimi Ukraynanın da bayrağını qaldırsın. Bu barədə bu gün brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Vasili Filipçuk bildirib.

O qeyd edib ki, Ukrayna XİN bu tələblə Rusiya tərəfinə nota göndərib. Bu notada o, iyulun 30-da Sevastopolda gəmilərin paradı və RF QD-nin hərbi-dəniz bayramının qeyd olunmasına öz razılığını verib (RF HDD günü ənənəvi olaraq iyulun sonuncu bazar günü qeyd olunur).

"Bu beynəlxalq dəniz qanunlarının tələbidir. Rusiya Federasiyasının özü müvəqqəti olaraq onun ərazi sularında dayanan digər dövlətlərin gəmilərindən bunu tələb edir, yəni biz beynəlxalq hüquqa əsasən hərəkət edirik", - deyə V.Filipçuk qeyd edib.

Xəbər verildiyi kimi, Ukrayna və Rusiya Federasiyası arasında ikitərəfli razılaşmalara əsasən nəzərdə tutulub ki, Rusiyanın Qara dəniz donanması 2017-ci ilə qədər Ukrayna ərazisində Krımda dayanacaq. Bu halda Ukrayna bildirib ki, Rusiya donanmasının vaxtından əvvəl çıxarılmasını tələb etməyəcək.

Xəbər lenti

Xəbər lenti