...

Gürcüstan hökümətinin iclası cümə gününə keçirilib

Dünya xəbərləri Materials 12 İyul 2006 15:14 (UTC +04:00)

Gürcüstan hökümətinin bu günə nəzərdə tutulmuş iclası cümə günü saat 16-da keçiriləcək. Bu barədə iclasa gəlmiş jurnalistlərə Gürcüstan Dövlət dəftərxanasından bildiriblər, lakin onlar iclasın başqa günə keçirilməsinin səbəbini açıqlamayıblar.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, ehtimal olunur ki, Nazirlər kabinetinin iclasının başqa günə keçirilməsi hökümətin bir neçə üzvünün Gürcüstan nümayəndə heyətinin tərkibində olması ilə əlaqədardır. Bu nümayəndə heyəti prezident Mixail Saakaşvilinin başçılığı altında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Xəbər lenti

Xəbər lenti