...

General Motors şirkətinin başçısı bildirib ki, Renault və Nissan şirkətləri ilə alyansın yaradılmasına qarşı deyil

Dünya xəbərləri Materials 12 İyul 2006 17:35 (UTC +04:00)

General Motors Corp. (GM) avtomobil konserninin icra direktoru və direktorlar şurasının sədri Rik Vaqoner öz müsahibəsində bildirib ki, o, Renault və Nissan şirkətləri ilə alyansın yaradılmasına qarşı deyil. Bu, GM-in 9,9% səhminə sahib olan Tracinda şirkətinin başçısı Kirk Kerkoryanın 30 iyul 2006-cı ildə Amerika şirkətinin rəhbərliyinə məktub göndərməsindən sonra R.Vaqonerin ilk müsahibəsi olub. O, bu məktubda direktorlar şurasını Renault və Nissan-ın alyans yaratmaq barədə təklifini qəbul etməyə dəvət edib. Xatırladaq ki, 7 iyul 2006-cı ildə General Motors Corp. konserninin direktorlar şurası Nissan və Renault ilə strateji alyansın yaradılması barədə danışıqlara başlamaq haqqında təklifi qəbul edib. Bu halda, GM məlumatlarına görə, Nissan və Renault nümayəndələri ilə danışıqları R.Vaqonerin özü aparacaq.

Trend in verdiyi xəbərə görə, GM başçısı hesab edir ki, mümkün alyansın müzakirəsi zamanı, ilk növbədə, gələcək əməkdaşlığın konkret təfərrüatlarına diqqət etmək lazımdır. Bununla əlaqədar GM başçısı 14 iyul 2006-cı ildə Renault/Nissan alyansının başçısı Karlos Qonla keçiriləcək görüşü gözləyir.

GM Renault və Nissan-la alyans yaradarsa, onun K.Qonla və ya onun rəhbərliyi altında işləyəcəyi barədə suala cavab verməkdən R.Vaqoner yayınıb və bəyan edib ki, "vaxtı gələndə, bu barədə düşünəcək". Əvvəl mətbuatda belə bir məlumat yaranıb ki, üç konsernin alyansı yaranarsa, R.Vaqoner öz vəzifəsini itirə bilər.

Xəbər lenti

Xəbər lenti