...

Ukrayna və Rusiya iyulun 22-dək qaz nəqli konsorsiumu üzrə görüş keçirəcək

Dünya xəbərləri Materials 14 İyul 2006 16:00 (UTC +04:00)

Ukrayna və Rusiya iyulun 22-dək qaz nəqli konsorsiumu üzrə görüş keçirəcəklər. Bu barədə bir gün əvvəl Kiyevdəki mətbuat konfransında "Nefteqaz Ukrainı" şirkətinin idarə heyətinin sədri Aleksandr Bolkisev xəbər verib. "Biz bu görüşün vaxtını dəyişmişik. Düşünürəm ki, gələn həftə görüşəcəyik", - deyə o qeyd edib.

Trend in xəbər verdiyi kimi, A.Bolkisevin sözlərinə görə, 2006-cı il iyulun 14-də Xarkov vilayətində Kobzevsk qaz-kondensant yatağı istismara veriləcək.

Xəbər verildiyi kimi, bu ilin aprel ayında Qərbi Ukraynadakı Boqorodçanı -Ujqorod qaz kəmərinin tikintisi üçün baş podratçı seçimi üzrə tenderin qalibi Lvov şəhərinin "Naftoqazbud" şirkəti olub. Lakin tikinti hələ başlanmayıb, çünki konsorsium iştirakçıları bu qərarı təsdiq etməlidirlər.

Xatırladaq ki, Ukrayna və Rusiyanın "Ukraynanın qaz nəqli sisteminin idarəsi və inkişafı üzrə beynəlxalq konsorsium" "Nefteqaz Ukrainı" və Qazpromun eyni payları ilə 2003-cü ilin yanvar ayında yaradılıb. Şirkətin işinin birinci mərhələsində 234 km uzunluğunda Boqorodçanı-Ujqorod qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu qaz kəməri Ukrayna ərazisindən əlavə olaraq 19 milyard kub metrə qədər qazın nəqlinə imkan yaradacaq. Qaz kəmərinin tikintisi 1,5 il ərzində nəzərdə tutulub, dəyəri isə 300 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti