...

Moskva metrosu elektron biletə keçir

Dünya xəbərləri Materials 14 İyul 2006 16:20 (UTC +04:00)

Moskva metrosunda kontaktsız çip əsasında yeni nəsil biletlərin sınağına başlanılıb. Yaxın vaxtlarda elektron bilet maqnit bileti əvəzləyəcək.

Trend "News onru"ya istinadən xəbər verir ki, bu ay Moskva metrosu Mifare Ultra Light kontaktsız çiplər əsasında yaradılmış yeni biletlərin sınağına başlayıb. Çip maqnit biletindən 3-4 dəfə sürətlə işləyir.

Bundan əlavə, çipın istifadəsi maqnit biletlərinin saxtalaşdırılması problemini həll etməyə imkan verəcək, çünki bu elektron bileti xüsusi sənaye avadanlığı olmadan hazırlamaq mümkün deyil. Hələlik çip yalnız xaricdə istehsal olunur, lakin gələcəkdə Rusiyada mümkün olunacaq.

İlin sonuna qədər Moskva metropoliteni yeni sənədləri sınaqdan keçirəcək və bundan sonra bunlar satışa buraxılacaq. Qeyd etmək lazımdır ki, Moskva Metropoliteni ətraflı məlumat verməkdən imtina edib, lakin bu kartların geniş yayılacağını və maqnit biletlərini əvəz edəcəyini istisna etməyib.

Son illərdə metro yeni İT nailiyyətlərilə təchiz olunur. Bu il vaqonların müşahidə kameraları ilə təmin edilməsi layihəsi başlanıb. Bir ildən artıqdır ki, stansiyanın platformalarında təcili çağırışlar və məlumat vermək üçün nəzərdə tutulmuş qırmızı-göy sütunlar var. Tələbələr və əhalinin bəzi qrupları çoxdandır ki, elektron biletlərdən istifadə edir.

Xəbər lenti

Xəbər lenti