...

Putin: İrana qarşı sanksiyalardan danışmaq hələ tezdir

Dünya xəbərləri Materials 17 İyul 2006 18:40 (UTC +04:00)

İrana qarşı sanksiyalardan danışmaq hələ tezdir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı mətbuat konfransında bəyan edib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, V.Putin Şanxay zirvə görüşündə İran prezidentilə görüşünü xatırladıb və deyib ki, onun İranlı həmkarı bir ay ərzində "altılığ"ın təklifinə cavab verəcəyini vəd edib. "Bir ay keçib, cavab isə yoxdur. İndi biz başqa müdətti haqqında eşidirik - avqustun əvvəli" - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu vəziyyətdə yeni sanksiyalar tədbiq etmək düzgün olmazdı. Məsələnin belə qoyuluşu yeni problemlər yarada bilər.

Xəbər lenti

Xəbər lenti