...

Gürcüstan prezidenti Moskvaya səfərini təxirə salıb

Dünya xəbərləri Materials 21 İyul 2006 13:38 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Moskvaya səfəri təxirə salınıb. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu barədə iyulun 21-də Gürcüstan prezidenti administrasiyasının başçısı Qiorgi Arveladze keçirdiyi brifinqdə bəyan edib.

M.Saakaşvili Moskvada MDB sammiti çərçivəsində RF prezidenti Vladimir Putinlə görüşmək niyyətində idi. Ancaq bu görüşün keçirilməsi ilə bağlı razılaşmanın əldə olunmaması Moskva səfərindən imtina edilməsinə səbəb olub.

Qeyd etmək lazımdır ki, bu gün M.Saakaşvilinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşü olmalı idi. Ancaq Gürcüstan lideri dəfələrlə bəyan edib ki, onun səfərinin əsas səbəbi Putinlə görüşdən ibarətdir.

Gürcüstan XİN bir qədər sonra səfərin baş tutmamasının səbəbləri ilə bağlı rəsmi bəyanat verəcək.

Xəbər lenti

Xəbər lenti