...

Gürcüstan parlamentinin sədri ATƏT səfirlərini rəsmi Tbilisinin ölkədəki münaqişələrin nizamlanmasına olan yanaşması ilə tanış edib

Dünya xəbərləri Materials 24 İyul 2006 16:17 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Nino Burcanadze ATƏT səfirlərini rəsmi Tbilisinin ölkədəki münaqişələrin nizamlanmasına olan yanaşması ilə tanış ediib. Görüş bağlı qapılar arxasında keçirilib.

Trend "Kavkaz-press"a istinadən yaydığı xəbərə görə, Burcanadze vurğulayıb ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya separatçılarına Avropada mövcud olan muxtariyyət statusu təklif edir. "Biz bu regionlara humanitar və iqtisadi yardım da göstərməyə hazırıq" - deyə o qeyd edib.

Söhbət zamanı tərəflər müxalifətin fəaliyyətini müzakirə edib. ATƏT səfirləri müxalifət nümayəndələrinin parlamentdə nə dərəcədə fəal iştirak etdiyilə maraqlanıb. N.Burcanadze deyib ki, təəsüf ki, müxalifət parlamentin iclaslarını boykot etdəməkdədir.

Xəbər lenti

Xəbər lenti