...

Amerika səfiri Ukraynanın ilin sonunadək ÜTT-yə daxil olacağına əmindir

Dünya xəbərləri Materials 25 İyul 2006 16:42 (UTC +04:00)

ABŞ-ın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Uilyam Teylor Ukraynanın bu ilin sonuna qədər Ümumdünya Ticarət Təşkilatına qoşulmasında heç bir maneə görmür.

"Ukraynanın ÜTT-yə daxil olmasına dair mən kifayət qədər söhbət aparmışam və bu ilin sonunadək Ukraynanın ÜTT-yə daxil olmaması üçün heç bir səbəb görmürəm", - deyə səfir bildirib.

Xəbər verildiyi kimi, Ukraynanın ÜTT-yə daxil olması üçün ərizələrin baxılması üzrə İşçi qrupun üzv-ölkələri ilə ikitərəfli danışıqlar 1997-ci ildə başlayıb.

Trend in xəbər verdiyi kimi, indi Ukrayna əmtəə və xidmət bazarlarına qarşılıqlı çıxış haqqında Qırğızıstan və Tayvanla protokol imzalamalıdır. Bu il mayın 31-də Cenevrədə Ukrayna və Çin Taypeyi (Tayvan) Ukraynanın ÜTT-yə daxil olması çərçivəsində əmtəə və xidmət bazarına qarşılıqlı çıxış üzrə ikitərəfli müqavilənin tarif öhdəlikləri üzrə əlavəyə imza atıblar.

Xəbər lenti

Xəbər lenti