...

Axşam Ukrayna deputatları xüsusi iclas keçirəcəklər

Dünya xəbərləri Materials 25 İyul 2006 18:31 (UTC +04:00)

Ali Rada ölkədə yaranmış vəziyyət və böhrandan çıxış üzrə xüsusi iclasın keçirilməsi barədə qərar qəbul edib. Müvafiq qərarın qəbul olunmasına 242 xalq deputatı səs verib.

İclasın çərşənbə axşamı iyulun 25-də saat 16.00-da keçiriləcəyi ehtimal olunur.

Bundan başqa, bu iclasa prezident Viktor Yuşenkonun dəvət olunacağı planlaşdırılıb.

Trend in "Ukraine Daily"-yə istinadən verdiyi xəbərə görə, parlament spikeri Aleksandr Moroz qeyd edib ki, bu iclasa gəlməsi üçün dövlət başçısına müraciət edəcək, "gəlib-gəlməyəcəyinə isə baxarıq".

Xəbər lenti

Xəbər lenti