...

Münaqişə dövründə Livanın verdiyi itkilər hesablanıb

Dünya xəbərləri Materials 26 İyul 2006 13:16 (UTC +04:00)

Livandakı münaqişə zamanı 422 nəfər həlak olub və 1833 nəfər yaralanıb. Bu məlumatları Livan Səhiyyə Nazirliyi açıqlayıb. Ölənlər arasında - "Hizbullah" radikal şiyə qruplaşmasının 27 hərbçisi, 20 Livan əsgəri, 8 kanadalı, iki Küveyt vətəndaşı, bir İraq, bir Şri-Lanka və bir İordaniya vətəndaşı var.

Trend in verdiyi xəbərə görə, şübhəsiz, bu siyahıya çərşənbə axşamı İsrail bombasının onların Livanın cənubundakı bunkerinə birbaşa düşməsi nəticəsində həlak olan BMT-nin dörd müşahidəçisi daxil deyil. Səhv hücumun qurbanları Finlyandiya, ÇXR, Kanada və Avstriya vətəndaşı olub.

İsrailin baş qərargahı "Hizbullah" qruplaşmasından təxminən 180 hərbçinin həlak olduğunu bildirib. İTAR-TASS-ın xəbər verdiyi kimi, İsraildə münaqişə zamanı 24 hərbi qulluqçu və 19 dinc sakin həlak olub, təxminən 400 nəfər yaralanıb, iki əsgər isə tutulub.

Xəbər lenti

Xəbər lenti