...

Ukrayna prezidenti güc strukturları ilə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 26 İyul 2006 17:21 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İqor Drijçan və daxili işlər naziri Yuri Lutsenko ilə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib. Bu barədə "RBK"ya dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər. İ.Drijçan ilə görüşdə milli dövlətçiliyin müdafiəsi istiqamətində işlərin fəallaşdırılması haqqında söhbət gedib.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, prezident vurğulayıb ki, Təzlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə qanuna müvafiq olaraq qayda-qanunu təmin etmək və pozuntuların qarşısını almaq üçün tədbirlər görməlidir. Q.Lutsenko dövlət başçısını vətəndaşların mitinq və digər fikir ifadə etmək formalarının lazımi və sakit rejimdə keçirilməsi haqqında məlumatlandırıb.

DİN-dən verilən məlumata əsasən, çadır şəhərciklərində növbəçilik edənləri əvəz etmək üçün antiböhran koalisiyasının təxminən 2,5 min tərəfdarı bu gün Kiyevə gəlib. İctimai asayişin mühafizəsi rejimi hələ gücləndirilməyib.

Xəbər lenti

Xəbər lenti