Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına qoşulması haqqında Bolqarıstanla razılıq əldə edilməzdən əvvəl iki ölkə arasında uzun ikitərəfli danışıqlar aparılıb. Bu barədə "Kazinform" Qazaxıstan Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verib.
Xatırladaq ki, bu ilin iyulun 24-də Qazaxıstan baş naziri Danial Axmetovun Bolqarıstana rəsmi səfəri zamanı Qazaxıstanın mal və xidmətlər bazarına çıxış haqqında danışıqlar müsbət nəticələnib. Ət məhsulları, pendir növləri, konservləşdirilmiş meyvə və tərəvəz, bitki yağları, spirtli içkilər, əczaçılıq məhsulları, mebel, metal məmulatları, maşın, avadanlıq və s. üzrə idxal gömrük rüsumları müzakirə olunub. Bu barədə Trend xəbər verib.