...

İranın Ankaradakı səfiri iş adamları ilə görüşüb

Dünya xəbərləri Materials 29 İyul 2006 12:55 (UTC +04:00)

İranın Türkiyədəki səfiri Firuz Dövlətabadi İranda fəaliyyət göstərən türk firmalarının rəhbərləri ilə görüşdə iştirak edib.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, bu görüş Ankara Ticarət-Sənaye Palatasının rəhbəri Sinan Aygünün təşəbbüsü və sədrliyi ilə keçirilib. Səfir öz çıxışında bəyan edib ki, Türkiyə və İran arasında ticari əməkdaşlığın inkişafı ilə regionda sabitlik və təhlükəsizlik artır. O qeyd edib ki, Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyinə zəmanətdir. İranın təhlükəsizliyi isə Türkiyədən asılıdır.

Xəbər lenti

Xəbər lenti