...

Rusiyanın Müdafiə Nazirliyi Rusiya nüvə arsenalı üzrə rəqəmləri açıqlayıb

Dünya xəbərləri Materials 31 İyul 2006 17:28 (UTC +04:00)

Hazırda Rusiyada 927 nüvə silahı daşıyıcısı var. Bu barədə junralistlərə bazar ertəsi RF Müdafiə Nazirliyinin müqavilələrin icrasına nəzarət üzrə idarəsinin rəisi general-leytenant Nikolay Artyuxin xəbər verib.

"1 yanvar 2006-cı ilə olan vəziyyətə görə, Rusiyada 927 nüvə silahı daşıyıcısı (strateji hücum silahı vasitələri - SHS) və SHS üçün 4 min 279, ABŞ-da isə müvafiq olaraq 1 min 225 və 5 min 966 nüvə bombası var", - deyə o bildirib.

Trend in RİA Novosti-yə istinadən xəbər verdiyi kimi, Artyuxinin sözlərinə görə, "bu məlumatlar 31 iyul 1991-ci ildə SSRİ və ABŞ arasında bağlanmış SHS haqqında mövcud müqavilənin icrası çərçivəsində RF və ABŞ arasında informasiya mübadiləsi nəticəsində əldə olunub".

Bu müqavilə indiyədək strateji hücum silahı vasitələri sahəsində əsas işçi sənəddir.

Artyuxin qeyd edib ki, 12 il ərzində - müqavilənin 5 dekabr 1994-cü ildə qüvvəyə mindiyi vaxtdan - "Rusiya ABŞ ərazisində 356, ABŞ-da -509, o cümlədən Rusiya ərazisində - 437 müfəttiş yoxlaması keçirib".

"Bu, SHS müqaviləsinin əvvəllər beştərəfli olması ilə əlaqədardır. Rusiya və ABŞ-dan başqa, bu müqaviləni ərazisində nüvə silahının və onun çatdırılma vasitələrinin olduğu Qazaxıstan, Ukrayna və Belorusiya da imzalayıb", - deyə general izah edib.

Onun sözlərinə görə, "Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında müqavilənin fəaliyyəti dövründə Rusiyada mindən artıq nüvə bombası daşıyıcısı məhv edilib".

"Rusiya SHS Müqaviləsi üzrə öhdəliklərinə ciddi riayət edir və nüvə qüvvələrinin dəstəklənməsi və tikintisi sahəsində öz siyasətini müvafiq surətdə qurur", - deyə Artyuxin vurğulayıb.

Xəbər lenti

Xəbər lenti