...

İsrail parlamientinin iclası qalmaqalla başa çatıb

Dünya xəbərləri Materials 31 İyul 2006 17:38 (UTC +04:00)

İsrail parlamentinin növbədən kənar plenar iclası qalmaqalla başa çatıb. İclas müxalifət partiyalarının tələbilə çağrılıb və müdafiə naziri Amir Peretsin giriş sözü ilə açılıb. Nazir Kana qəsəbəsindəki faciədən danışarkən bildirib ki, Livan hökuməti vətəndaşlarını Hizbullahın öhdəsinə buraxıb. Nəticədə terrorçuların mülki vətəndaşlardan İsrail qoşunlarından müdafiə olunmaq üçün canlı sipər kimi istifadə edir.

Trend "RBK"ya istinadən xəbər verir ki, bu sözlər müxalif ərəb partiyalarının liderlərini qəzəbləndirib və onlar nazir, hökumət və ordunun ünvanına təhqiredici ifadələr qışqırmağa başlayıb. Bundan sonra parlament sədri Daliya İtsik ("Kadima") deputatların zalı tərk etməsini tələb edib. Deputatlar zalı tərk etmədikləri üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən güclə çıxarılıb.

Bu gün İsrail hökumətinin "təhlükəsizlik bloku" nazirlərinin iclası keçiriləcək ki, burada Cənubi Livanda quru əməliyyatlarının taleyi həll olunacaq. Baş nazir Exud Olmert, müdafiə naziri Amir Perets, daxili təhlükəsizlik naziri Avi Dixter və bir sıra yüksək vəzifəli məmurlar hərbi əməliyyatların davam etdirilməsi lehinədir. Ədliyyə naziri Xaim Ramon bəyan edib ki, atəşin təcili dayandırılması İsrailin məğlubiyyəti deməkdir.

Xatırladaq ki, ötən gecə İsrail hökuməti yerli vaxtla saat 2:00-dan Livanın cənub rayonlarının bombardman olunmasına 48 saatlıq fasilə verilməsi haqqında xəbər yayıb. Bu qərar 2006-cı il iyulun 30-da İsrail hərbi hava qüvvələrinin Livanın cənubundakı Kana qəsəbəsinə hücum etdiyi barədə məlumatdan sonra qəbul olunub.

Xəbər lenti

Xəbər lenti