...

"Türkmənbaşı" konyakı "Yalta-qızıl qrifon-2006" beynəlxalq sərgisində Qran-Priyə layiq görülüb

Dünya xəbərləri Materials 8 Avqust 2006 16:05 (UTC +04:00)

"Türkmənbaşı" konyakı "Yalta-qızıl qrifon-2006" beynəlxalq sərgisində Qran-Priyə layiq görülüb. Tükmənistan hökumətinin mətbuat xidməti dünya bazarında türkmən içkilərinin yüksək keyfiyyətindən danışıb. Aşğabad şərab zavodunda hazırlanan bu konyak 2005-ci ildə Peterburq şərab və araq yarmarkasında Qran-Pri alıb. O zaman bu konyak "Qızıl brend" və "Firma üslubu" mükafatlarına da layiq görülüb.

Trend İTAR-TASS"a istinadən xəbər verir ki, "Türkmənbaşı" konyakı Türkmənistanın şərqində becərilən "Terbaş" və "Qaraüzüm" üzüm növlərindən hazırlanır. Eyni adlı şərab zavodunda hazırlanan Karabekaul spirti Yaltada Qran-Pri almış "Türkmənistan" likyorunun tərkib hissəsidir.

"Xerrik kala", "Əsmansalık", "Bezmein", "Aygül" və "Qara qızıl" şərablarına da qızıl medal verilib. Gümüş medala isə 7 illik "Yedigen" konyakı layiq görülüb.

Üzüm şərabları, konyak, şampan, araq və digər spirtli içkilərin "Qızıl qrifon-2006" adlı III Beynəlxalq müsabiqəsi Yaltada 2006-cı ilin iyulun 25-dən avqustun 2-dək keçirilib. Burada 12 ölkədən 62 şərab müəssisəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti