...

Birinci yarımildə Qazaxıstanın dövlət borcu 7,6 mlrd. dollar təşkil edib

Dünya xəbərləri Materials 15 Avqust 2006 17:55 (UTC +04:00)

Birinci yarımil ərzində Qazaxıstanın dövlət borcu 1,8 mlrd. dollar artaraq 7,6 mlrd. dollar təşkil edib. Bu barədə maliyyə naziri Natalya Korjova birinci yarımil ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bildirib.

Trend in "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, o deyib ki, dövlət borcu əsasən Qazaxıstan Milli Bankının borcu hesabına artıb. N.Korjovanın sözlərinə görə, ümumilikdə Qazaxıstan dövlət borcu ilə ÜDM arasında nisbətin aşağı olduğu azsaylı ölkələrdən biridir. Bu nisbət 10%-i keçmir.

Xəbər lenti

Xəbər lenti