...

Qazaxıstan Xəzərdə yeni boru kəmərlərinin tikintisi zamanı tullantıların sıfıra çatdırılmasının tərəfdarıdır

Dünya xəbərləri Materials 18 Avqust 2006 15:28 (UTC +04:00)

Sentyabrın 12-də Astanada idarələrarası komissiyanın toplantısı keçiriləcək və burada Xəzər dənizinin ekologiyasının qorunması haqqında məsələ nəzərdən keçiriləcək. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstanın ətraf mühitin mühafizəsi naziri Nurlan İskakov bildirib.

"Biz toplantıya tanınmış alimləri dəvət etmək, nəinki suiti və nərə fəsiləsindən olan balıqların kütləvi tələfatı, həm də ümumilikdə dənizin qorunması məsələlərini müzakirə etmək fikrindəyik", - deyə nazir bildirib.

Xəzər dənizinin dibindən neft və qaz kəmərinin tikilib-tikilməyəcəyi haqqında suala nazir belə cavab verib: "Mən dənizə istənilən tullantının atılması icazəsini ləğv etdim. Nazirliyimizin mövqeyi birmənalıdır - bu, tullantının sıfıra çatdırılmasıdır. Ona görə də əgər Xəzər dənizinin dibindən keçən hər hansı neft və qaz kəməri normalara uyğun gəlməsə və dəniz üçün risk və təhlükə daşısa, o zaman bizim mövqeyimiz konkret olacaq. Aktau-Bakı boru kəmərinə gəlincə isə, hələ bu məsələ hələ çiydir.

Xəbər lenti

Xəbər lenti