Gürcüstan prezidenti Mixail Saakaşvilinin 26 avqust tarixli fərmanı ilə yerli hökümət orqanlarına keçiriləcək seçkilər oktyabrın 5-nə təyin olunub.
Trend in Gürcüstandakı xüsusi müxbirinə həmin ölkənin Dövlət dəftərxanasından verilən xəbərə görə, "prezident Gürcüstan parlamentinin sədri ilə məsləhətləşmələr apardıqdan sonra və müxtəlif müxalifət partiyalarının mövqelərini nəzərə alaraq, bu qərara gəlib", - deyə Dövlət dəftərxanasında qeyd ediblər.
Bu zaman qeyd olunub ki, bu, Gürcüstan tarixində ilk belə seçkilər olacaq ki, seçkilər zamanı ölkənin rayon və şəhərlərinin sakinləri yerli hökümət orqanlarını seçə biləcək.
"Gürcüstan höküməti xarici müşahidəçiləri seçkilərə dəvət edir və seçkilərin maksimal surətdə transparent olması və bütün demokratik normalara riayət olunmaqla keçməsi üçün cəmiyyəti seçkilərdə fəallıq göstərməyə dəvət edir", - deyə dövlət dəftərxanasında qeyd ediblər.