...

İranlı spiker Ermənistan və Qırğızıstana səfər edəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2006 18:13 (UTC +04:00)
İranlı spiker Ermənistan və Qırğızıstana səfər edəcək

Spiker Qulam Həddad Adilin başçılıq etdiyi İran parlamentinin nümayəndə heyəti 4 günlük səfərlə Ermənistan və Qırğızıstana yola düşüb.

Trend in Tehrandakı xüsusi müxbirinin məlumatına görə, səfərdə məqsəd parlamentlərarası əlaqələrin inkişafından ibarətdir.

Səfər zamanı İran parlamentinin spikeri Ermənistan və Qırğızıstan prezidentləri, parlament başçıları və xarici işlər nazirləri ilə görüş keçirəcək, deputatlar qarşısında çıxış edəcək.

Səfər zamanı İranlı spikeri parlamentin iki erməni deputatı Robert Biqleriyan və Georq Vartan müşayiət edir.

Xəbər lenti

Xəbər lenti