BMT-nin baş katibi Kofi Annan gələn bazar ertəsi Nyu-Yorkda İraqdakı vəziyyətlə bağlı çoxtərəfli görüş keçirməyi təklif edib. Görüşdə iştirak etmək üçün adı çəkilən ölkədən başqa, qonşu dövlətlər, donor ölkələr, beynəlxalq təşkilatlar və Təhlükəsizlik Şurasının 5 daimi üzvü - Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa dəvət olunub.
Trend in "Qolos Rossii" radiosuna istinadən xəbər verdiyi kimi, K.Annanın bəyanatına əsasən, İraq planetin ən qaynar nöqtələrindən birinə çevrilib. Burada hər gün orta hesabla 100 dinc sakin həlak olur və ən azı 14 min nəfər yaralanır. Baş nazir ümid etdiyini bildirib ki, münaqişənin həllini tapmaq üçün tərəflər "strateji, açıq və uzaqgörən dialoq" qura biləcək. Görüş BMT Baş Assambleyasının bu gün açılan sessiyası çərçivəsində keçiriləcək.