...

Gürcüstan Milli Bankının valyuta ehtiyatlarının həcmi $625 mln təşkil edib

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 18:36 (UTC +04:00)

Sentyabrın 12-nə olan məlumata görə, Gürcüstan Milli Bankının valyuta ehtiyatlarının həcmi 625 milyon ABŞ dolları təşkil edib. Bankdan Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata görə, bu, ötən ilki göstəricidən 41% çoxdur.

Valyuta ehtiyatlarının bu səviyyəsi Gürcüstanın maliyyə və valyuta bazarlarının sabit fəaliyyətini təmin edir. 1995-ci ildən sonra valyuta ehtiyatlarının ən aşağı səviyyəsi 1998-ci ildə qeydə alınıb. Göstərici 62 milyon ABŞ dollarına bərabər olub.

2006-cı ilin 8 ayı ərzində beynəlxalq valyuta ehtiyatlarından əldə olunmuş gəlirlər 23.6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 90.3% çoxdur.

Xəbər lenti

Xəbər lenti