İran prezidenti Mahmud Əhmədi Necatın BMT Baş Assambleyasının sessiyasında iştirakını müşayiət edən bir sıra jurnalistlərə ABŞ tərəfindən vizanın verilməməsi ilə əlaqədar Tehran amerikalı jurnalistlərin ölkəyə səfərini məhdudlaşdırıb.
Trend in Tehrandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, İranın Mədəniyyət Nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri Məhəmməd Hüseyn Xoşveqtinin sözlərinə görə, ABŞ tərəfi bundan əvvəl də İranın İrna informasiya agentliyi və televiziyasının BMT-də fəaliyyətinə mane olsa da, hər il amerikalı jurnalistlər İrana gəlir və ölkənin yüksək vəzifəli şəxsləri il görüşür.
ABŞ-ın bu xoşagəlməz addımına cavab olaraq İran qərəzli məlumatlar yayan amerikalı jurnalistlərin ölkəyə səfərini məhdudlaşdıracaq.