...

Antalyada hava şəraiti ilə əlaqədar bir uşaq həlak olub

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 11:16 (UTC +04:00)

Bu gecə Türkiyənin kurort şəhəri Antalyada güclü yağış və külək nəticəsində 3 yaşlı uşaq həlak olub. Daha 4 nəfər isə xəsarət alıb. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Saatda 70 km-dək güclü küləklə müşayiət olunan yağış məşhur ticarət mərkəzlərindən birinin damının bir qədər uçmasına səbəb olub. Xilasedicilər dağıntıların altından 5 nəfəri, o cümlədən daha sonra xəstəxanada keçinən 3 yaşlı qızı çıxara bilib. İki Türkiyə vətəndaşı xəsarət alıb. Zərərçəkmiş daha iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Pis hava şəraiti ilə əlaqədar paytaxtın "Esenboğa" hava limanı bir neçə reysi qəbul etməyib və onları daha təhlükəsiz hava limanlarına göndərib.

Xəbər lenti

Xəbər lenti