Çərşənbə gününə keçən gecə İsrail aviasiyası tərəfindən Rəfahda (Qəzzanın cənub hissəsi) evin bombalanması nəticəsində fələstinli qız həlak olub. Bu barədə Fələstin mənbələri xəbər verir. Bundan başqa 10 nəfər yaralanıb.
Trend in "İnterfaks"a istinadən xəbər verdiyi kimi, İsrailin məlumatına görə, tunelin olduğu güman edilən ev bombalanıb. Bu tunellə Misir ərazisindən Qəzza sektoruna gizli surətdə silah gətirilə bilərdi.
İsraillilər aviazərbəni təsdiq edib və ev sahiblərinin evin bombalanacağı barədə xəbərdarıq edildiyini bildirib. Onlar doğrudan da binanı tərk edə bilib.
İtkilərin olmasına səbəb isə partlayış nəticəsində beton blokun qonşu binalardan birinə düşməsi ilə bağlıdır.