Altayın Pavlovsk rayonunun Komsomolsk qəsəbəsində 1 saylı orta məktəbin binasında naməlum qazdan zərər çəkənlərin sayı 65 nəfərə çatıb. 55 nəfər uşaq və bir böyük zəhərlənmə əlamətləri ilə xəstəxanaya göndərilib. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə RF FHN-dən məlumat verilib.
Məlumata görə, vəziyyəti orta ağır olan doqquz məktəbli Barnaulun 3 saylı şəhər xəstəxanasının toksikoloji mərkəzinə yerləşdirilib. Digər zərərçəkənlər Pavlovskun işçi qəsəbəsinin mərkəzi rayon xəstəxanasındadırlar.