ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanın diplomatik nümayəndələri oktyabrın 6-da Londonda İranın "nüvə proqramı"nı müzakirə edəcəklər. Bu barədə Böyük Britaniya XİN -dən bildirilib. ABŞ-ın maraqlarını Dövlət katibi Kondoliza Rays, Böyük Britaniyanı isə XİN başçısı Marqaret Bekett təmsil edəcək.
Trend RBK-ya istinadən məlumat verir ki, BMT Təhlükəsizlik Şurasının digər üzv-ölkələrinin maraqlarını kimin təmsil edəcəyi barədə məlumat hələ daxil olmayıb. Bu barədə (C) Associated Press xəbər verir.