Yaponiyada güclü fırtına iki gəmini sahilə atıb. Nəticədə bir hind dənizçisi həlak olub, daha 25 nəfər itkin düşüb. Bu barədə Yaponiyanın sahil mühafizəsi məlumat verib. Trend RBK-ya istinadən xəbər verir ki, Panama bayrağı altında üzən və 190 min ton dəmir filizi daşıyan quru mal gəmisi Tokio yaxınlığında sahilə atılıb və onun heyətinin 9 üzvü itkin düşmüş hesab olunur.
Başqa bir hadisə Tokionun 300 km şimal-şərqində baş verib. Orada balıqçı gəmisi sahilə atılıb və 16 nəfərlik heyət itkin düşmüş hesab olunur. Bu baradə (C) Reuters xəbər verir.