...

Türkmənistan Şimali Koreyanın nüvə sınaqları keçirməsini pisləyib

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 18:39 (UTC +04:00)

Türkmənistanın Xarici İşlər Nazirliyi kütləvi informasiya vasitələri üçün məlumat yayıb.

"Türkmənistan beynəlxalq ictimaiyyətə qoşulur və Şimali Koreyanın nüvə sınağı keçirməsi ilə bağlı hərəkətlərini pisləyir. Bununla əlaqədar Türkmənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamənin hazırlığı üzrə səylərini dəstəkləyir", - deyə Türkmənistanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Trend in xəbər verdiyi kimi, məlumatda qeyd olunub ki, "Türkmənistan kütləvi qırğın silahlarının yayılmaması sahəsində əsas beynəlxalq normaların iştirakçısı olaraq, öz öhdəliklərini yerinə yetirir və bundan sonra da onlara riayət etmək üçün bütün lazımi tədbirləri görəcək".

Xəbər lenti

Xəbər lenti